IRELI_ITM tərəfindən göndərildi | Avqust 23, 2010

E-Books Jabrail

E-Books Jabrail

Cəbrayıl haqqında . pdf

Qəm leysanı.pdf

Qəhrəmanları və Cəbrayıl . pdf


IRELI_ITM tərəfindən göndərildi | Avqust 20, 2010

My Jabrail My Azerbaijan

My Jabrail My Azerbaijan-This Azerbaijani region was occupied by the Armenians. The area of Jabrail is 105 thousand hectares. Jabrail is an ancient Azerbaijani region located in south-west of the country and divided from Iran by the Araz river. This is one of the most beautiful place of Azerbaijan rich in historical, architectural and natural monuments including the Khudaferin Bridges that date back to XI century “Gyz galasy” (the Maiden Tower) (XII-XIV centuries), “Gala burju” (Constellation Tower) (V-VI centuries), burial mound in the territory of Dag Tumas village, bath-house Sultan Majid (middle ages), many mausoleums, Khan-Chinar-a tree at the age of more that 800. Etc.The population was mainly engaged in arable farming, cattle breeding, viticulture and silk spinning. There were several industrial and agricultural enterprises, different institutions and organizations were functioning in the region. There were 72 general not specialized schools, one vocational school, 8 hospitals with 510 beds, dozens of aid stations, 3 music schools, 12 houses of culture, 32 clubs, 10 cultural tents and outo clubs, 78 libraries, etc. here before the occupation. Davamını oxu…

IRELI_ITM tərəfindən göndərildi | Avqust 20, 2010

Mənim Cəbrayılım Mənim Azərbaycanım

Mənim Cəbrayılım Mənim Azərbaycanım-İllərdirki həsrətini çəkdiyimiz rayonlardan biri də Cəbrayıldır. Ərazisi 105 min hektardır. Bu torpaq onlarla tarixi abidənin məskəninə çevrilib. İşğala qədər rayonda tikiş, xalça, cihazqayırma sexləri, səkkiz sənaye obyekti fəaliyyət göstərirdi. Cəbrayıl milli aşıq-ozan sənətimizin baniləri – Dirili Qurbaninin, Aşıq Pərinin, Mücrüm Kərəmin, Aşıq Humayın vətənidir.İşğaldan əvvəl rayonda 72 orta və natamam məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtokulub, 78 kitabxana, 3 daimi, 4 səyyar kinoqurğusu fəaliyyət göstərirdi. Zəngin ekspanatları olan tarix – diyarşünaslıq muzeyi vardı. Əhaliyə 210 çarpayılıq mərkəzi xəstəxana və ümumi çarpayı sayı 245 yer olan kənd xəstəxanaları, Dağ Tumas, Quycaq, Balyand kəndlərində 11 həkim, 52 feldşer – mama məntəqəsi sakinlərə xidmət göstərirdi. İnsanların yeganə gəlir yeri torpaq idi.1970-ci ildən başlayaraq rayonda quruculuq işləri geniş vüsət almışdı. Rayon mərkəzində bir vaxtlar “Dəyirman dərəsi” kimi tanınan boş ərazi ötən əsrin 80-ci illərində geniş yaşayış massivinə çevrilmişdi. Yaşı əsrlərlə hesablanan Xan çinar bu yurdun simvoluna çevrilmişdi. Rayonda irili – xırdalı 90 kənd vardı. Həmin illərdə camaatın güzəranı daha da yaxşılaşmağa başladı. Sözügedən dövrdə irəliləyişə səbəb olan əsas amil üzüm bağlarının salınması idi. Davamını oxu…

IRELI_ITM tərəfindən göndərildi | Avqust 20, 2010

Tarixi haqqında qısa məlumat

Tarixi haqqında qısa məlumat-Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə Azərbaycanda təşkil edilmiş inzibati rayondur. Kicik Qafqazın cənub-şərq ətəklərində yerləşib, Araz cayının sol sahilində cənub tərəfdən İran İslam Respublikası, cənub – qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Fuzuli rayonu ilə həmsərhəddir. Rayonun ərazisi 1050 kvadrat km, mərkəzi Cəbrayıl şəhəridir. Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl şəhərinin adından goturulmuşdur. Cəbrayıl şəhərinin adı isə həmin yaşayış məntəqəsinin əsasını qoymuş Cəbrayıl adlı şəxsin adı ilə bağlıdır. Digər mənbə və məlumata gorə Cəbrayıl toponimi İslamda və monoteist dinlərdə Allahın ən yaxını olan Cəbrayıl adlı mələyin adı ilə əlaqədardır. Cəbrayıl sozu ərəbcə «Allahın qulu» deməkdir.Bu versiya onunla bağlıdır ki, «Araz cayı» uzərində tikilmiş «Xudafərin» korpulərindən biri e. ə. V əsrdə tikilmiş və korpulərin adının «Xudafərin» qoyulması («Allaha eşq olsun», «Allaha afərin») islamcılıqla bağlı olmuşdur. Bu isə Cəbrayıl rayonunun adını Cəbrayıl mələyinin adı ilə bağlamağa əsas verir. Məhz bu səbəbdən Həzrət İmam Əli Cəbrayılda olan «Dul-dul» ocağını ziyarət etməyə gəlmiş və onun atlarının izi həmin ziyarətgahda qalmışdır. Davamını oxu…

IRELI_ITM tərəfindən göndərildi | Avqust 20, 2010

Memarlıq abidələri haqqında məlumat

Memarlıq abidələri haqqında məlumat-Cəbrayıl rayonu tarixi memarlıq və dini abidələrlə zəngindir. Tarixi memarlıq abidələrinə Cəbrayıl şəhərindəki Sultan Məcid hamanını, Xudyarlı kəndindəki Dairəvi və səkkizguşəli turbələri (XIX əsr), Şıxlar kəndində Dairəvi turbəni (XIV əsr), Xudafərin korpulərini (erkən orta əsrlər), Diri Dağındakı Qız qalasını, Dağtumas kəndindəki Başıkəsik kumbəzi, Gordubaba dağındakı məzarı, dini abidələrə «Hacı Qaraman», «Cəbrayıl ata», «Dul-dul», «Mazannənə» ziyarətgahlarını misal gostərmək olar.Rayon ərazisində qədim arxeoloji abidələr də movcuddur. Dağtumas kəndi yaxınlığındakı «Divlər sarayı», Mahmudlu kəndi yaxınlığındakı «Canqulu» və «Qumtəpə» kurqanları, Tatar kəndi yaxınlığındakı Siklop tikililərini, Cəbrayıl şəhəri yaxınlığındakı «Ağoğlan»ı, Dağtumas kəndi yaxınlığındakı «Tumas ata»nı misal gostərmək olar. Davamını oxu…

IRELI_ITM tərəfindən göndərildi | Avqust 20, 2010

Coğrafi Mövqeyi

Qəsəbələr/Kəndlər Yarəhmədli, Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, İmambağı, Horovlu, Çaprand, Safarşa, Çərəkən, Papı, Əfəndilər, Balyand, Qaracallı, Doşulu, Süleymanlı, Daşkəsən, Qışlaq, Quycaq, Şəybəy, Nüzgar, Şahvəlli, Niyazqullar, G.Veysəlli, Tinli, Qovşudlu, Hacı İsaqlı. Qoşabulaq, Şükürbəyli, Şıxalıağalı, Mahmudlu stansiyası, Fuğanlı, Dəjəl, Əmirvarlı, Sarıcallı, Məzrə, Yuxarı Məzrə, Soltanlı, Yanarxaj, Alıkeyxalı, Maşanlı, Hasanlı, B.Mərcanlı, A.Mərcanlı, Mehdili, Çaxırlı, C.Mərcanlı, Minbaşılı. Sədi, Ağtəpə, Kavdar, Mirək, Hüseynallar. Hacılı, Tulus, Dağ Tumas, Qaraağac. Sofulu, Çələbilər, Dağ Maşanlı. Qazanzəmi, Söyüdlü, A.Maralyan, Y.Maralyan, Karxulu, Cəfərabad, İsaqlı, Qalacıq, Hovuslu, Sirik, Aşağı Sirik, Şıxlar, Mollahəsənli, Əsgərxanlı, Xələfli, Qərər, Kürdlər, Nüsüs, Tatar, Qumlaq, Məstalıbəyli, St.Qumlaq, St. Xudafərin, St.Xələfli Davamını oxu…

Kateqoriyalar

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.