IT Team tərəfindən göndərildi | Avqust 20, 2010

Mənim Cəbrayılım Mənim Azərbaycanım

Mənim Cəbrayılım Mənim Azərbaycanım-İllərdirki həsrətini çəkdiyimiz rayonlardan biri də Cəbrayıldır. Ərazisi 105 min hektardır. Bu torpaq onlarla tarixi abidənin məskəninə çevrilib. İşğala qədər rayonda tikiş, xalça, cihazqayırma sexləri, səkkiz sənaye obyekti fəaliyyət göstərirdi. Cəbrayıl milli aşıq-ozan sənətimizin baniləri – Dirili Qurbaninin, Aşıq Pərinin, Mücrüm Kərəmin, Aşıq Humayın vətənidir.İşğaldan əvvəl rayonda 72 orta və natamam məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtokulub, 78 kitabxana, 3 daimi, 4 səyyar kinoqurğusu fəaliyyət göstərirdi. Zəngin ekspanatları olan tarix – diyarşünaslıq muzeyi vardı. Əhaliyə 210 çarpayılıq mərkəzi xəstəxana və ümumi çarpayı sayı 245 yer olan kənd xəstəxanaları, Dağ Tumas, Quycaq, Balyand kəndlərində 11 həkim, 52 feldşer – mama məntəqəsi sakinlərə xidmət göstərirdi. İnsanların yeganə gəlir yeri torpaq idi.1970-ci ildən başlayaraq rayonda quruculuq işləri geniş vüsət almışdı. Rayon mərkəzində bir vaxtlar “Dəyirman dərəsi” kimi tanınan boş ərazi ötən əsrin 80-ci illərində geniş yaşayış massivinə çevrilmişdi. Yaşı əsrlərlə hesablanan Xan çinar bu yurdun simvoluna çevrilmişdi. Rayonda irili – xırdalı 90 kənd vardı. Həmin illərdə camaatın güzəranı daha da yaxşılaşmağa başladı. Sözügedən dövrdə irəliləyişə səbəb olan əsas amil üzüm bağlarının salınması idi.

Rayon mərkəzini kəndlərlə birləşdirən yolların hamısına asfalt döşənmişdi. Hər 5-10 nəfər sakindən biri özünə minik maşın almışdı. Rayonda elmə, təhsilə maraq günbəgün artırdı. Çoxsaylı alimlərimizin, ziyalılarımızın şərəfli, şanlı ənənələri uğurla davam etdirilirdi. Cəbrayılın adı çox yerdə hörmətlə və məhəbbətlə çəkilirdi. Amma…. 1988-ci ildən başlayaraq rayonun “bəxtində qara zolaqların” sayı artmağa başladı. Cəbrayılın ərazisində ermənilərin yaşadığı iki kənd var idi: Hərəkül və Banazur.

Ermənilərin tarixən naxələf olmaları barədə çox yazılıb, onları bir daha sadalamağa ehtiyac yoxdur. Bütövlükdə hər bir azərbaycanlı bilirdi ki, insan qiyafəsinə girmiş bu məxluqlar dönükdürlər, satqın, bişərəf, xain və paxıldırlar, yenə onlara səmimiyyət göstərir, süfrələrinin başında əyləşdirir, bir tikə çörəklərini onlarla bölüşdürürdülər. Hələ bu az imiş kimi, özləri enib aranda ən axarlı – baxarlı yerləri – zümrüd meşəlikləri, diş göynədən bulaqları, əlçatmaz, ünyetməz dağları onlara bağışlamışdılar. Bax, Cəbrayılın, cəbrayıllıların üstünə top, “Alazan”, “Qrad” atəşləri həmin yüksəkliklərdən atılırdı. Evlər od tutub yanırdı, dağılırdı, heç bir günahı olmayanlar qanlarına qəltan edilirdilər lakin dözürdülər. Hansısa bir qüvvənin gücünə inanıb gözləyir, tab gətirirdilər. Beləliklə, 1990-cı ildən 1993-cü il iyulun 23-nə kimi camaatın nə gecəsi gecə oldu, nə də gündüzü gündüz. Nəhayət…Şuşada, Laçında, Ağdamda olduğu kimi,  cəbrayıllılar da köməyə ehtiyac duyurdular. Hərbi taktika, strategiya, vahid komanda altında birləşmə, irəliləmə yox idi. Demək olar, hərə öz gücünə güvənir, fərdi qaydada intiqam almağa çalışırdı.

O çətin dözülməz günlərdə Cəbrayıl rayonunda kifayət qədər qüvvə yox idi. Amma çətinliklərə baxmayaraq sərhəddə ermənilərə qarşı müdafiə xətləri yaradılmışdı. Şaqay yüksəkliyi alınmış və orada mövqe tutulmuşdu. Yeddi ay həmin yüksəkliyin hesabına rayona nəzarət edildi. Şaqay yüksəkliyi itirildikdən sonra bununla da Cəbrayılın başı üstünü qara buludlar aldı. Rayonun işğalı həmin yüksəklik verilən gündən başladı”.

Cəbrayıl ərazisini o ağır günlərdə qoruyan ərənlər də az olmamışdı. Yusif Allahverdiyev, Samir Alıyev, Şükür Abdullayev, İnqilab Aslanov, Azər Bayramov, Mais Verdiyev, Mübariz Qasımov, Mehdi İsmayılov…… onların hər biri cismən ayrı düşüblər, ruhən həmişə, hər vaxt bizimlədirlər.Ümumiyyətlə, döyüşlərdə 180, atəşkəs dövründə isə 6 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər isə Azərbaycanın Milli Qəhramanı fəxri adına layiq görülüb.Hazırda cəbrayıllılar arasında 351 nəfər şəhid ailəsi var. Artıq 17 ildir ki, cəbrayıllılar ölkənin 58 bölgəsinə səpələniblər. Daha çox Beyləqan, İmişli, Sabirabad, Biləsuvar rayonlarında məskunlaşıblar.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Kateqoriyalar

%d bloqqer bunu bəyənir: