IT Team tərəfindən göndərildi | Avqust 20, 2010

Memarlıq abidələri haqqında məlumat

Memarlıq abidələri haqqında məlumat-Cəbrayıl rayonu tarixi memarlıq və dini abidələrlə zəngindir. Tarixi memarlıq abidələrinə Cəbrayıl şəhərindəki Sultan Məcid hamanını, Xudyarlı kəndindəki Dairəvi və səkkizguşəli turbələri (XIX əsr), Şıxlar kəndində Dairəvi turbəni (XIV əsr), Xudafərin korpulərini (erkən orta əsrlər), Diri Dağındakı Qız qalasını, Dağtumas kəndindəki Başıkəsik kumbəzi, Gordubaba dağındakı məzarı, dini abidələrə «Hacı Qaraman», «Cəbrayıl ata», «Dul-dul», «Mazannənə» ziyarətgahlarını misal gostərmək olar.Rayon ərazisində qədim arxeoloji abidələr də movcuddur. Dağtumas kəndi yaxınlığındakı «Divlər sarayı», Mahmudlu kəndi yaxınlığındakı «Canqulu» və «Qumtəpə» kurqanları, Tatar kəndi yaxınlığındakı Siklop tikililərini, Cəbrayıl şəhəri yaxınlığındakı «Ağoğlan»ı, Dağtumas kəndi yaxınlığındakı «Tumas ata»nı misal gostərmək olar.

Rayonun dini abidələri haqqında məlumat

1. Hacı Qaraman ziyarətgahı.- Cələbilərin (Cələbi – Cələbi sozu dini və dunyəvi termin olub hakimiyyətlərin, şahzadələrin ləqəbi kimi işlənib, Allahı sevən, yazıcı, şair, bilici mənalarını verir). XIII əsrin birinci yarısında-Monqol yuruşləri dovrundə Kicik Asiyadan (əsasən Turkiyə ərazilərindən) məşhur Qaraman ayfasının (Qaraqoyunlu hokmdarı Qara Yusifin sərkərdəsi Qaraman, Qarabağ hakimi Əmir Yaəhməd, I Şah Abbasın Şamaxıya hakim təyin etdiyi Zulfuqar Xan da Qaraman tayfasından idilər) tərkibində Azərbaycana gəlmələri tarixdən məlumdur. Cələbilərin adlı-sanlı başcılarından olan Hacı Qaraman XIII-XIV əsrlərdə Cəbrayıl ərazisinə gəlmiş, əvvəlcə Niftalılar və Nusus kəndləri arasındakı yerdə ozunə məskən salmış, sonralar Cələbilər kəndinə kocmuşdur. Ona gorə də Hacı Qaramanın dəfn edildiyi məzar sonralar «Ocaq» kimi muqəddəsləşdirilmişdir. Cələbilər kəndindəki məscid isə Məhəmməd ibn Hacı Qaraman Əhmədli tərəfindən Hicri 1088-ci ildə (Miladi 1678) inşa edilmişdir. Hacı Qaramanın adı məşhur oğuz turk tayfasından olan Qaraman tayfasının adından goturulmuşdur. Cəbrayılda Əli Cələbi adı ilə məşhur olan bu şəxs Cəbrayıl rayonunun dağlar qoynunda yerləşən Sirik kəndində 1928-ci ildə anadan olmuşdur. Omrunun sonunadək həmin kənddə xalqa ağsaqqallıq etmiş, təməli qoyulan xeyirxah işlərin duacısı, huzuruna pənah gətirənlərin yardımcısı olmuşdur.

2. Cəbrayıl ata ziyarətgahı – Cəbrayıl kəndinin şimalında Ata adlı məqbərə (uzunluğu 4,5 m, eni 2,4 m, hundurluyu 1,8 m). Cəbrayıl ata umumi qəbiristanlıqda deyil, o dovrun adətinə uyğun olaraq ona məxsus torpaqların tam yuxarı başında, Alpaşa dağının hundur və tamaşalı bir yerində ayrıca dəfn edilmişdir. Rayon əhalisi tərəfindən ziyarətgah kimi qəbul edilir.

3. Qara daş ziyarətgahı – Cəbrayıl mərkəzində olan «Qara daş» səmadan gələn daş olduğu ucun əhali tərəfindən ziyarətgah kimi qəbul edilir.

4. Ağoğlan, Qurbantəpə ziyarətgahları – Cəbrayıl rayonunun yaxınlığında Ağoğlan abidəsi butpərəstlik dovrundən qalma abidədir. Mənbələrdə gostərilir ki, qeyri-bərabər doyuşdə oldurulən gozəl bir oğlan dəfn edilmişdir. İslam dini meydana gəldikdən sonra Ağoğlan abidəsi musəlman ziyarətgahına cevrilmişdir. Ağoğlan kimi sonralardan pirə cevrilmiş yerlərdə Cəbrayıl rayonu ərazisində cox rast gəlinir. Məsələn, Cəbrayıl rayonunun Cənubunda Qurban təpə adlanan pir Qafqaz Albaniyası əhalisinin hələ Gunəşə, Aya sitayiş etdikləri ilk tunc dovrunun sonlarının nişanəsidir. Yerli əhali təzə il gəlsin və məhsul bol olsun deyə bu təpədə qurbanlar kəsir, bişirdiyi xorəyin suyundan gundoğan tərəfə səpir, sonra xorəyi yeyir və Gunəşə sitayiş etməklə kutləvi şadlıq edirdilər. Sonralar bu kohnə inam saxlanıldı, hətta XIX əsrin ortalarından başlayaraq Cəbrayıl qəzasının başqa yerlərindən kocub gedən Hacılı tayfasının bir hissəsi bu pirin yaxınlığında məskunlaşdı, onların saldıqları kənd Qurbantəpə kəndi adlandırıldı.

5. Məzannənə, Mərmərnənə ziyartəgahı – professor M. Seyidovun verdiyi məlumata gorə nənə qədim turkdilli tayfalarda Allahın anasının adı olmuşdur. Professor Z. İ. Yampolski Məzannənə abidəsi barədə gostərir ki, o sinfi cəmiyyətə kecid dovrunə qadınların ictimai istehsalda birinci dərəcəli rol oynadığı Madərşahlıq zamanının yadigarıdır və sonralar İslam dininə uyğunlaşdırılaraq «Ocaq» hesab edilmişdir. Həmin abidənin yaxınlığında indiyə qədər nişanələri qalan kohnə yaşayış məskəni Mazanənə kəndi adlanmışdır. Bu kəndin ətrafında qədim qəbiristanlıqda Əziz ibn Seyid Əl-məhəmməd sozləri olan qəbrin sinə daşında və başqa qəbirlərin ustundə yazılan hicri 750, 760 və 809-cu illər təsdiq edir ki, bu yerlərin ən qədim sakinləri azərbaycanlılar olmuşlar. Yerli əhali Hasanlı kəndi yaxınlığındakı Mərmərnənə abidəsində dəfn olunan qadını Mazannənənin anası hesab edir.

6. Tumas ata abidəsi – Cəbrayıl rayonunun Dağtumas kəndi yaxınlığındakı dağda olan Tumas – ata abidəsi də butpərəstlik dovrunun yadigarıdır. Dağtumas kəndinin sakinləri Tumas-atanı oz əcdadları hesab edir və muqəddəs ocaq kimi sitayiş edirlər.ldan Xocavənd, şərqdən isə Fuzuli rayonu ilə həmsərhəddir. Rayonun ərazisi 1050 kvadrat km, mərkəzi Cəbrayıl şəhəridir.

Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl şəhərinin adından goturulmuşdur. Cəbrayıl şəhərinin adı isə həmin yaşayış məntəqəsinin əsasını qoymuş Cəbrayıl adlı şəxsin adı ilə bağlıdır. Digər mənbə və məlumata gorə Cəbrayıl toponimi İslamda və monoteist dinlərdə Allahın ən yaxını olan Cəbrayıl adlı mələyin adı ilə əlaqədardır. Cəbrayıl sozu ərəbcə «Allahın qulu» deməkdir.Bu versiya onunla bağlıdır ki, «Araz cayı» uzərində tikilmiş «Xudafərin» korpulərindən biri e. ə. V əsrdə tikilmiş və korpulərin adının «Xudafərin» qoyulması («Allaha eşq olsun», «Allaha afərin») islamcılıqla bağlı olmuşdur. Bu isə Cəbrayıl rayonunun adını Cəbrayıl mələyinin adı ilə bağlamağa əsas verir. Məhz bu səbəbdən Həzrət İmam Əli Cəbrayılda olan «Dul-dul» ocağını ziyarət etməyə gəlmiş və onun atlarının izi həmin ziyarətgahda qalmışdır.Kecmiş Cəbrayıl adlanan ərazidə «Azıx» mağarası yerləşirdi ki, həmin mağarada 1,5 milyon il əvvəl insan yaşadığı subut olunmuş və butun Avropada insan sivilizasiyasının buradan başlandığı guman edilir. Həmi mağarada tapılmış insan qalıqları onu deməyə əsas verir ki, Cəbrayıl rayonunun tarixi ilk insan yarandığı tarixə təsaduf edir və bu da Cəbrayıl rayonunun adının Cəbrayıl mələyinin adı ilə bağlamağa bir daha əsas verir.XIX əsrin II yarısında və XX əsrin əvvəllərində Cəbrayıl kəndinə «Qraxdın» da deyirmişlər. Bu, deyilənlərə gorə, 1831-ci ildə rayonun Daşkəsən kəndində «Karantin» idarəsinin yaradılması və həmin idarənin Cəbrayıl kəndinə kocurulməsi ilə bağlıdır. Yerli əhali «Karantin» sozunu «Qraxdın» kimi tələffuz etmişdir. Bəzi mənbələrə gorə isə «Qraxdın» sozu XVIII əsrdə Nadir şahın hakimiyyəti dovrundə Azərbaycana kocmuş Cəlair turk qəbiləsinə mənsub olan Qıraqlı-Qıraxlı nəslinin adı ilə əlaqədardır.Cəbrayıl rayonunun ərazisi qədimdə burada movcud olmuş Carlığın, Midiya və Əhəmənilər dovlətlərinin (e. ə. VII-IV əsrlər), sonralar isə Albaniya dovlətinin tərkibində olmuşdur. Albaniya dovlətinin movcudluğu zamanı rayonun ərazisi Pazkank, Əhristan və Dizaq adları ilə həmin dovlətin tərkibində olmuşdur. III-V əsrlərdə Dizaq mahalı Sasanilər tərəfindən işğal olunmuşdur. Xalq həyəcanından qorxan Sasanilər nəhayət Albaniyaya mustəqillik verdilər. VII əsrin ortalarında Cəbrayıl rayonunun ərazisi də Əmavilər xilafətinin tərkibinə qatıldı. Həm Babəkə qədər, həm onun dovrundə, həm də ondan sonra ərəb istilacılarına qarşı mubarizənin dayaq məntəqələrindən biri Cəbrayıl ərazisi olmuşdur. X-XI əsrlərdə (971-1086-cı illər) bu ərazilər Şəddadilər dovlətinin, XIII-XIV əsrlərdə Humanilər dovlətinin, XIV əsrdən (1387-ci ildən) Teymurilər, XV əsrdən (1412 – ci ildən) Qaraqoyunlu dovlətinin, həmin əsrin 1478-ci ilindən Ağqoyunlu dovlətinin, 1502-ci ilin əvvəlindən Səfəvilər dovlətinin, XVIII əsrin II yarısından və XIX əsrin əvvəllərində Qarabağ xanlığının tərkibində olmuşdur.1841-ci ildə Cəbrayıl ərazisi Mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilmişdir. 1873-cu ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tərkibindən cıxarılaraq Yelizavetpol quberniyasının tərkibində Cəbrayıl qəzası yaradılıb. Bu vaxt qəzanın ərazisi 6,63 min kvadrat km, əhalisi 66360 nəfər olmaqla indiki Cəbrayıl, Fuzuli, Xocavənd, Qubadlı və Zəngilan rayonlarının ərazisini əhatə edib. 1905-1918-ci illərdə qəza Qaryagın qəzası adlandırılıb.XVIII əsrin axırlarında Cəbrayılda həftəbazarı yaradılıb. 1840-cı ildən başlayaraq burada rus pulları işləyib. Qəzada 5 ipək fabriki olub.

1876-cı ildə Cəbrayılda rus məktəbi, 1912-ci ildə isə qızlar məktəbi acılıb.XIX-XX əsrin əvvəllərində Rusiya-İran dəmir yolu xəttinin Cəbrayıl ərazisindən kecən hissəsi cəkilib.23 avqust 1993-cu il tarixdə rayon erməni qəsbkarları tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona 13928 milyon ABŞ dolları məbləğində ziyan dəyib.Cəbrayıllı məcburi kockunlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində – cadır duşərgələrində, yuk vaqonlarında və yataqxanalarda məskunlaşıblar.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Kateqoriyalar

%d bloqqer bunu bəyənir: