IT Team tərəfindən göndərildi | Avqust 20, 2010

Tarixi haqqında qısa məlumat

Tarixi haqqında qısa məlumat-Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə Azərbaycanda təşkil edilmiş inzibati rayondur. Kicik Qafqazın cənub-şərq ətəklərində yerləşib, Araz cayının sol sahilində cənub tərəfdən İran İslam Respublikası, cənub – qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Fuzuli rayonu ilə həmsərhəddir. Rayonun ərazisi 1050 kvadrat km, mərkəzi Cəbrayıl şəhəridir. Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl şəhərinin adından goturulmuşdur. Cəbrayıl şəhərinin adı isə həmin yaşayış məntəqəsinin əsasını qoymuş Cəbrayıl adlı şəxsin adı ilə bağlıdır. Digər mənbə və məlumata gorə Cəbrayıl toponimi İslamda və monoteist dinlərdə Allahın ən yaxını olan Cəbrayıl adlı mələyin adı ilə əlaqədardır. Cəbrayıl sozu ərəbcə «Allahın qulu» deməkdir.Bu versiya onunla bağlıdır ki, «Araz cayı» uzərində tikilmiş «Xudafərin» korpulərindən biri e. ə. V əsrdə tikilmiş və korpulərin adının «Xudafərin» qoyulması («Allaha eşq olsun», «Allaha afərin») islamcılıqla bağlı olmuşdur. Bu isə Cəbrayıl rayonunun adını Cəbrayıl mələyinin adı ilə bağlamağa əsas verir. Məhz bu səbəbdən Həzrət İmam Əli Cəbrayılda olan «Dul-dul» ocağını ziyarət etməyə gəlmiş və onun atlarının izi həmin ziyarətgahda qalmışdır.

Kecmiş Cəbrayıl adlanan ərazidə «Azıx» mağarası yerləşirdi ki, həmin mağarada 1,5 milyon il əvvəl insan yaşadığı subut olunmuş və butun Avropada insan sivilizasiyasının buradan başlandığı guman edilir. Həmin mağarada tapılmış insan qalıqları onu deməyə əsas verir ki, Cəbrayıl rayonunun tarixi ilk insan yarandığı tarixə təsaduf edir və bu da Cəbrayıl rayonunun adının Cəbrayıl mələyinin adı ilə bağlamağa bir daha əsas verir.

XIX əsrin II yarısında və XX əsrin əvvəllərində Cəbrayıl kəndinə «Qraxdın» da deyirmişlər. Bu, deyilənlərə gorə, 1831-ci ildə rayonun Daşkəsən kəndində «Karantin» idarəsinin yaradılması və həmin idarənin Cəbrayıl kəndinə kocurulməsi ilə bağlıdır. Yerli əhali «Karantin» sozunu «Qraxdın» kimi tələffuz etmişdir. Bəzi mənbələrə gorə isə «Qraxdın» sozu XVIII əsrdə Nadir şahın hakimiyyəti dovrundə Azərbaycana kocmuş Cəlair turk qəbiləsinə mənsub olan Qıraqlı-Qıraxlı nəslinin adı ilə əlaqədardır.Cəbrayıl rayonunun ərazisi qədimdə burada movcud olmuş Carlığın, Midiya və Əhəmənilər dovlətlərinin (e. ə. VII-IV əsrlər), sonralar isə Albaniya dovlətinin tərkibində olmuşdur. Albaniya dovlətinin movcudluğu zamanı rayonun ərazisi Pazkank, Əhristan və Dizaq adları ilə həmin dovlətin tərkibində olmuşdur. III-V əsrlərdə Dizaq mahalı Sasanilər tərəfindən işğal olunmuşdur. Xalq həyəcanından qorxan Sasanilər nəhayət Albaniyaya mustəqillik verdilər. VII əsrin ortalarında Cəbrayıl rayonunun ərazisi də Əmavilər xilafətinin tərkibinə qatıldı. Həm Babəkə qədər, həm onun dovrundə, həm də ondan sonra ərəb istilacılarına qarşı mubarizənin dayaq məntəqələrindən biri Cəbrayıl ərazisi olmuşdur. X-XI əsrlərdə (971-1086-cı illər) bu ərazilər Şəddadilər dovlətinin, XIII-XIV əsrlərdə Humanilər dovlətinin, XIV əsrdən (1387-ci ildən) Teymurilər, XV əsrdən (1412 – ci ildən) Qaraqoyunlu dovlətinin, həmin əsrin 1478-ci ilindən Ağqoyunlu dovlətinin, 1502-ci ilin əvvəlindən Səfəvilər dovlətinin, XVIII əsrin II yarısından və XIX əsrin əvvəllərində Qarabağ xanlığının tərkibində olmuşdur.

1841-ci ildə Cəbrayıl ərazisi Mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilmişdir. 1873-cu ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tərkibindən cıxarılaraq Yelizavetpol quberniyasının tərkibində Cəbrayıl qəzası yaradılıb. Bu vaxt qəzanın ərazisi 6,63 min kvadrat km, əhalisi 66360 nəfər olmaqla indiki Cəbrayıl, Fuzuli, Xocavənd, Qubadlı və Zəngilan rayonlarının ərazisini əhatə edib. 1905-1918-ci illərdə qəza Qaryagın qəzası adlandırılıb.XVIII əsrin axırlarında Cəbrayılda həftəbazarı yaradılıb. 1840-cı ildən başlayaraq burada rus pulları işləyib. Qəzada 5 ipək fabriki olub.1876-cı ildə Cəbrayılda rus məktəbi, 1912-ci ildə isə qızlar məktəbi acılıb.XIX-XX əsrin əvvəllərində Rusiya-İran dəmir yolu xəttinin Cəbrayıl ərazisindən kecən hissəsi cəkilib.23 avqust 1993-cu il tarixdə rayon erməni qəsbkarları tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona 13928 milyon ABŞ dolları məbləğində ziyan dəyib.

Cəbrayıllı məcburi kockunlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində – cadır duşərgələrində, yuk vaqonlarında və yataqxanalarda məskunlaşıblar.

Televiziya, radio, qəzet və digər kutləvi informasiya vasitələri haqda məlumat

Rayonda «Xudafərin» rayon qəzeti nəşr olunurdu.

Avtomobil, dəmir yolları haqda məlumat

Rayon ərazisindən Bakı-Naxcıvan dəmir yolu (52 km), Əli-Bayramlı – Zəngilan avtomobil yolları (60 km) kecir.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Kateqoriyalar

%d bloqqer bunu bəyənir: